Ötən il insultdan 7605 nəfər ölüb
Ötən il Azərbaycanda insultdan ölənlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən APA TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə insultdan 7605 nəfər ölüb. Onlardan 3539 nəfəri kişi, 4066 nəfəri qadındır.
Qeyd edilib ki, ölənlərdən 29 nəfəri 18-29, 23 nəfəri 30-34, 40 nəfəri 35-39, 67 nəfəri 40-44, 148 nəfəri 45-49, 262 nəfəri 50-54, 497 nəfəri 55-59, 749 nəfəri 60-64, 815 nəfəri 65-69, 739 nəfəri 70-74, 1073 nəfəri 75-79, 1691 nəfəri 80-84, 1472 nəfəri isə 85 və yuxarı yaş qrupuna aid şəxslərdir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi