Öz yaşadığı evi yandırdı

# 16:56
1 yanvar 2022

Zaqatalada iki qardaşın yaşadığı evi qardaşların biri qəsdən yandırıb.

APA TV-nin məlumatına görə, rayonun Mosul kəndində Tərlan və Əhliman Gülməmmədov qardaşlarının birgə yaşadığı birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb.

İlkin araşdırma zamanı məlum olub ki, iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb. Əhliman Gülməmmədov hadisəni törətdikdən sonra ərazidən qaçıb.

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Əhliman Gülməmmədov şübhəli şəxs qismində saxlanılıb.

Eyni gündə rayonun Əliabad qəsəbəsində Şaban Əhmədova məxsus yaşayış evində də yanğın baş verib. Hadisə zamanı evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Gecə saatlarında daha üç yanğın hadisəsi isə rayonun Mosul kəndində kənd sakinləri - İsmayıl Süleymanov, Ramiz Məmmədov və Qədim Məmmədovun tövlələrində baş verib. Hər üç yanğında mal tövlələri içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Baş vermiş yanğınlarda xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR