Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib

# 18:24
25 fevral 2023

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib. Əvvəlcə Daşkənddə Heydər Əliyev meydanında ümummilli liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Tədbirdə ticarət, investisiya, sənaye, “Araz Vadisi” İqtisadi Zonası və Ağdam sənaye parklarına, Ələt Azad İqtisadi Zonasına Özbəkistan şirkətlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyat və s. istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş potensial olduğu vurğulanıb, Özbəkistan iş adamları fəal əməkdaşlığa dəvət olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR