Özü dərman tapmır, amma Ermənistandan bizə qarşı döyüşənləri sağaltamağa çalışır

# 17:32
27 fevral 2023

İran Ermənistanla sosial müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcək.

Bunu Ermənistan Əmək naziri Narek Mkrtçyanın dəvəti ilə Ermənistana səfər edən İranın əmək və sosial müdafiə naziri Seyid Mortazavi deyib. O əlavə edib ki, Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır. Erməni mediası xəbər verir ki, Narek Mkrtçyan iki ölkə arasında sosial siyasət sferasında münasibətlərin inkişaf etdiyini bildirib. İranla Er­mə­nistan arasında təlimlərə, təhsilə, təcrübə mübadiləsinə xüsusi diqqət yetirilir.  İranlı nazir isə qarşılıqlı sosial, o cümlədən, peşə liseylərinin rəhbər­lə­rinin görüş və müzakirələr aparması barədə razılığın əldə olunduğunu qeyd edib.

Sual yaranır, İranda sosial iqtisadi vəziyyətin ağır olduğu, xüsusən də, əyalətlərdə sosial narazılığın artdığı, əməkhaqlarının, pensiyaların verilmədiyi, insanların dolanışıqla bağlı aksiya keçirildiyi bir vaxtda Azərbaycan torpaqlarında terror törədən, müsəlman qanını tökənlərin reabilitasiya və sağlamlığı Tehran üçün niyə vacibdir? 

Daha dəqiq desək ötən həftə Qəzvin və Xuzistan əyalətlərində təqaüdçü və sosial sığortadan pensiya alanlar etiraz aksiyası keçiriblər.

Onlar sosial şəraitinin pis olmasına və problemlərinin həll edilmədiyini bildiriblər. Aksiya zamanı hökumətin səriştəsizliyi barədə şüarlar səsləndirilib.

O da maraqlıdır ki, İranda dərman çatışmazlığı artıq ölkə üzrə də müşahidə olunmaqdadır və bu böhran dərinləşir. Sosial şəbəkələrin İran seqmentində paylaşılan məlumatlara görə,  ölkədə antibiotik və asetaminofen kimi dərmanlar çatışmır. İranın Ərzaq və Dərman Təşkilatının sədri Heydər Məhəmmədi iki növ dərman çatışmazlığının aradan qaldırılacağı barədə vədlər versə də, digər dərmanların təmin edilməsi barədə fikir bildirməyib. Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi isə mediaya açıqlamasında qıtlığı büdcədəki çatışmazlıqla əlaqələndirib və bildirib ki, mart ayından sonra ölkədə dərman qıtlığı daha da dərinləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR