Pambıq suvarmaq üstündə həmkəndlisinə atəş açdı
Tərtərdə silahlı insident yaşanıb.
APA xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Nəticədə, Rəsul Ağayev mərhum qardaşına məxsus tüfənglə Namiq Hüseynova tərəf atəş açıb. Güllə Namiq Hüseynovun avtomobilinə dəyib.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu