Paşinyan-Rəisi görüşünün GİZLİ detalları – Ermənistan İrandan nə almağa çalışır? - APA TV

# 19:13
2 noyabr 2022

Soçi görüşündən məğlub ayrılan Ermənistanın Baş naziri Paşinyan dərhal İrana səfər etdi. İran prezidenti Seyid İbrahim Rəisi erməni Baş naziri çox isti qarşıladı.

Görüş zamanı Paşinyan İranla Ermənistan arasında ticarət dövriyyəsinin son aylarda 43% artdığını, hədəfin isə 3 milyard dollar olduğunu dedi. Rəisi isə bu səfərin hər iki ölkənin inkişafında dönüş nöqtəsi olacağını dedi.

Üstəlik, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İranın energetika naziri Əkbər Mehrabyanla görüşüb. Yerli medianın məlumatına görə, nazirlər ikitərəfli əməkdaşlığın bir sıra tərəflərini, o cümlədən, Ermənistana idxal olunan elektrik enerjisi və qaz ixracının həcminin artırılmasını müzakirə ediblər.

Hər iki ölkənin mediasında səfərin iqtisadi məqsədlər üzərində qurulduğu göstərilsə də, bəzi siyasilər fərqli düşünürlər. Onların fikrincə, səfərin əsl məqsədi silah alqı-satqısı ilə bağlıdır.

Bəs həqiqətənmi belədir? Bu görüşün arxasında əslində hansı məqsədlər dayanır? Və ya İranın son vaxtlar ölkəmizə qarşı apardığı qara təbliğat fonunda bu görüşdə Azərbaycan məsələsi müzakirə olunubmu?

Məsələ ilə bağlı  kanalımıza açıqlama verən siyasi şərhçi Şəbnəm Həsənova bildirib ki, keçirilmiş görüşün arxasında çöxməkrli planların olması şübhəsizdir və Ermənistanın İrandan silah alması məsələsi də istisna deyil. O əlavə edib ki, Ermənistan hazırki durumda Azərbaycanla maraqları ziddiyyət təşkil edən ölkələrə üz tutmağa üstünlük verir: “Rusiyanın Ukrayna ilə müharibəsindən sonra zəifləyə biləcəyi ehtimalı olunarsa, o zaman heç şübhəsiz ki, regionda yeni bir aktora ehtiyac yaranacaq. Bu boşluğu doldurmaq ehtiyac var. İran bu istiqamətdə bütün təşəbbüsləri ələ almaq istəyir. Paşinyan da heç şübhəsiz ki, regional aktor kimi, Türkiyəyə deyil, Azərbaycana deyil, İrana üz tutmağa üstünlük verir. Bu görüşlərin digər səbəbi də özlərinin də dedikləri kimi illər ərzində İran və Ermənistan arasındakı yaeranmış qardaşlıq münasibətləridir”.

Siyasi şərhçi onu da vurğulayıb ki, Rusiya da Ermənistanın İranla yaxınlaşmasına göz yumur. Çünki İravanın Qərblə deyil, Tehranla münasibətləri Moskvanın maraqlarına daha çox cavab verir.

“İran da, Ermənistan da öz dostluqlarını kinlə formalaşdırmalı deyillər və Tehran gərək Ermənistan-Azərbaycan kontekstində qızışdırıcı rol oyanamasın” - Bunu isə siyasi şərhçi Tofiq Abbasov deyib. Onun sözlərinə görə, rəsmi İrəvan çalışır ki, İranın hərbi sənaye kompleksindən istədiyini alsın: “Biz indi görürük ki, Ermənistanın əsas qayəsi Azərbaycanla yenidən qarşıdurmaya  qatılmaqdır. Revanşizm ideyaları açıq aşkar görünür. Bu baxımından rəsmi İrəvan çalışır ki, İran hərbi sənaye kompleksindən istədiklərini alsınlar. Bilmirəm, İran nə dərəcədə onların istəklərini təmin edə bilər? Amma əslində, İrana da lazım deyil ki, Şimal sərhədlərində Ermənistan kimi qeyri-adekvat məmələkət silah-sutsatla oynasın və Azərbaycana təhdid törətsin. Onlar əgər Azərbaycana təhdit törətsələr başlarına zərbə yeyəcəklər. Amma İran da, əslində gərək bölgədə daha konstruktiv rol oynasın.  Məsələn, Azərbaycanla bağlı münasibətləri gərək İranın yanaşmaları bir çox hallarda özünü doğrultmur. Bir halda ki, biz müsəlman həmrəyliyindən danışırıqsa, İran gərək bu proseslərə daha ciddi yanaşsın və öz hərəkətlərinə korrektələr etsin”.

Tofiq Abbasov onu da əlavə edib ki, Paşinyan öz sələflərinin səhvlərini təkrarlamamalı və başa düşməlidir ki, onun uğurunun açarı bölgədədir. Buna görə də Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Əks halda bütün variantlar Ermənistanı daha dərin uçuruma yuvarlayacaq.

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR