Paşinyanın Laçın dəhlizi qorxusu: Putinə gileyləndi
“Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginlik artıb”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitində ikitərəfli görüş zamanı Putinlə söhbətində deyib: “Vəziyyət gərgindir. Dağlıq Qarabağ nizamlanması regionumuzda əsas məsələdir. Təəssüf ki, biz Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük və bununla bağlı böyük narahatlıq var. Və ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik.” Sitatın sonu.
Paşinyan çıxışı zamanı Laçın dəhlizinin müvəqqəti bağlanması ilə bağlı narahatlığını da dilə gətirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu