Paşinyanın sərsəm açıqlamasına, tutarlı cavab – APA TV
Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd edib.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirib. Bəyanatda bildirilib ki, mono-etniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir.
Vurğulanıb ki, Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu