Patı çəkən taksi sürücüsünü necə tanıyaq? - BU ƏLAMƏTLƏRƏ DİQQƏT!

# 11:49
20 aprel 2022

Cəmiyyətin sağalmaz yarası, insanları ölümə sürükləyən vasitədir narkotik. Bəlkə minlərlə süjet çəkilib, maarifləndirici söhbətlər aparılıb orqanizmi göz görə-görə məhv edən bu ağ ölümün pəncəsinə insanların düşməməsi üçün. Görülən bütün bu tədbirlərin fonundakı mənzərə isə heç də ürəkaçan deyil. Hətta vəziyyət o həddə çatıb ki, tez-tez etibar edib mənzil başına çatmaq üçün istifadə etdiyimiz taksi xidmətlərinin sürücüləri də narkotiklə yaxalanır. Elə UBER-in sürücüsünün avtomobilindən aşkarlanan xeyli miqdarda metamfetamin də hazırkı vəziyyətin bariz nümunəsidir.

Taksi sürücülərinin metamfetamindən istifadə edərək sərnişin daşıması təkcə onların özlərini yox, həm də taksidən istifadə edən insanları təhlükə altında qoyur.

Təbii ki, metamfetaminin caynağında olan təkcə taksi, avtobus sürücüləri deyil. Bu maddənin təsiri altında olan insanları hər yerdə görmək mümkündür. Bəs onların istifadəçi olduğunu anlamaq mümkündürmü?

Həkimin sözlərinə görə el arasında “patı”, “şüşə” deyilən bu maddədən istifadə edən şəxslərdə yuxusuzluq yaranır, yata bilmirlər. Nəqliyyat idarə edən şəxslər də sükan arxasında yuxulamamaq üçün metamfetamindən istifadə edirlər.

Narkotik elə bir burulğandır ki, sürücü, alim, mədəniyyət xadimi deyə ayırmadan boşluğu olan hər kəsi pəncəsinə sala bilər. Buna görə də, “bir dəfə istifadə etməklə heç nə olmaz” deyə düşünməyin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR