Paytaxtda elektron qolbaq daşıyan məhkum oğurluq etdi

# 15:13
3 may 2021

Paytaxtın Səbail rayonu ərazisində yerləşən evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Hüsü Quliyev və Aslan Əsgərov tutulublar. Bu şəxslər Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 3 mənzildən ümumi dəyəri 5 min manata yaxın olan təmir-tikinti və məişət alətləri oğurlayıblar.

 

Qeyd edək ki, saxlanılan şəxslərdən biri Hüsü Quliyev məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq H.Quliyev oğurluq etdiyi üçün yenidən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR