Pentaqon Tayvanı silahlandırır, Çin isə xəbərdarlıq edir
Daha əvvəl də xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti Tayvana 440 milyon dollarlıq silah-sursat satışını dəstəkləyib. Rəsmi Pekin isə bu xəbərdən narahatdır. Çin müdafiə nazirliyinin rəsmisi Tan Kefey Pentaqonun bu addımını belə şərh edib. Sitat: “ABŞ Tayvanı barıt çəlləyinə çevirir. Ağ Ev bununla Tayvan əhalisini fəlakət uçurumuna itələyir”. Sitatın sonu. Onun sözlərinə görə, Çin Vaşinqtonu Tayvanla hərbi əməkdaşlıqları dayandırmağa və Tayvanın müstəqilliyini tanımamaq barədə vədlərinə sadiq qalmağa çağırır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu