Peyvənd sertifikatının müddəti nə qədərdir?

# 17:43
2 dekabr 2021

Ölkədə uzun müddətdir ki, bir çox qapalı məkanlara giriş yanlız “Peyvənd”, “İmmunitet” və ya “Əks göstəriş” sertifikatı ilə mümkündür. Bəs görəsən bu sertifikatların müddəti nə qədərdir? Və yaxud vətəndaşlar sertifikatın müddətin çoxaltmaq üçün “Buster” doza qəbul etməldirmi?

Apardığımız sorğu zamanı vətəndaşların əksəriyyəti ikinci doza vaksin olunduqlarını, bəziləri isə “Buster” doza qəbul etməyə hazırlaşdıqlarını bildirdilər.

Məsələ ilə bağlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli qərarına əsasən, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Lakin vətəndaş həmin vaxt bitdikdən 56 gün müddətində 1 doza vaksin qəbul edərsə, “İmmunitet” sertifikatı müddətsiz olur. Vurulan həmin bir doza vaksin isə “buster doza” sayılır.

”Peyvənd” sertifikatına gəlincə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq şöbəsinin koordinatoru Pərvin Baxşəliyeva bildirdi ki, “Peyvənd sertifikatı” müddətsizdir: ”COVID -19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasın qəbul edən şəxslərə “Peyvənd sertifikat”ı verilir. Nazirlər Kabinetinin qərarına əsasən “Peyvənd sertifikatı” müddətsizdir”.

Pərvin Baxşəliyeva qeyd edib ki, peyvənd olunduqdan 6 ay sonra orqanizimdə koronavirusa qarşı müqavimət azala bilər. Vətəndaşlara virusa qarşı immuneteti yenidən artırmaq üçün buster dozanı qəbul etmələri tövsiyyə olunur. 3-cü dozanın vurulması isə sertifikatın müddətinə təsir etmir.

Semral Cavad
APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR