Polis Bakıda 24 yaşlı qızı axtarır
Bakıda 24 yaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, dekabrın 24-də onunla birlikdə yaşayan 24 yaşlı qızı Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Zeynurə Misir qızının əlamətləri: boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub.
Zeynurə Misir qızı haqqında məlumatı olanlardan 055-215-21-20, 051-841-41-41, 055-252-00-71, 012-590-72-03 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək