Polis hərəkətə keçdi: 11 NƏFƏR TUTULDU

# 15:50
4 noyabr 2022

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Xəzər Əsədov saxlanılıb.

APA TV xəbər verir ki, onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 10 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 10 kiloqrama yaxın olan müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR