Polis idarəsində araşdırma aparılır

# 14:20
3 yanvar 2023

Bakıda avtomobil qaçırılıb.

 

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə yanvarın 2-də saat 16 radələrində Nəsimi rayonu S.Vurğun küçəsi ev 60-ın qarşısında baş verib. Bakı şəhər sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.

 

Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR