Polis mayoru ağır qəzaya düşdü

# 11:56
8 iyun 2022

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik kəsəbəsindən keçən hissəsində  qeydə alınıb.

 

44 yaşlı Qubat Qasımov idarə etdiyi "KHAZAR" markalı maşınla hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki polis mayoru Qubat Qasimov Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin  əməkdaşıdır. O xidməti avtomobili ilə qəzaya düşüb. İlkin ehtimala görə qəzaya avtomobilin təkərinin partlaması səbəb olub. 

 

Faktla bağlı araşdırma aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR