Polis Sabirabadda əməliyyat keçirdi, rayon sakinindən avtomat götürüldü
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elan Bayramov olduğu müəyyən edilib. Saxlanılan şəxsin idarə etdiyi minik avtomobilinə keçirilən baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs avtomobildə olan silahın ona məxsus olduğunu bildirib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu