Polisin saxladığı şəxs niyə ölüb? - RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi Yardımlı rayon sakininin Polis Şöbəsində işgəncələr nəticəsində ölməsi barədə səslənən iddialara münasibət bildirib.
DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA TV-yə bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürək tutmasından vəfat edib.
DİN rəsmisi bildirib ki, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub: “İlkin xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb. Lakin bu gün bəzi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq guya onun fiziki işgəncələr nəticəsində öldüyünü iddia edirlər.
Bununla əlaqədar bildirirəm ki, ölən şəxsin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məqsədli olaraq, yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil”.
Qeyd olunub ki, faktla əlaqədar hazırda Respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib