Polşalılar “Bayraktar” almaq üçün Ukraynaya lazım olan məbləği toplayıblar
Polşalılar Ukrayna Silahlı Qüvvələrinə Bayraktar TB2 pilotsuz uçan aparatı almaq üçün maddi vəsaitin toplanması ilə bağlı kampaniyanın başa çatmasına 4 gün qalmış nəinki tələb olunan məbləği toplayıb, həm də müəyyən edilmiş planı üstələyiblər.
APA xəbər verir ki, bu barədə kampaniyanın təşəbbüskarı polşalı jurnalist Slavomir Serakovski məlumat verib:
“Ümumilikdə 22 milyon zlotıdan (4,6 milyon avro) çox vəsait toplanıb, lakin yardıma qoşulmaq istəyənlərin çoxluğunu nəzərə alsaq, o, daha bir neçə gün aktiv qalacaq. Bütün yığılan əlavə miqdar Ukrayna Silahlı Qüvvələrinin Ukrayna Milli Bankındakı hesabına köçürüləcək”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib