Qəbələdə kişi skeleti tapıldı
Qəbələdə dağətəyi ərazidə kişi skeleti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, skelet Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aşkarlanıb.
Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
Tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinin dağlıq ərazisində tapılan cəsəd vəhşi heyvanlar tərəfindən yumşaq toxumaları və sümükləri parçalanmış-didilmiş, yarı çürümüş vəziyyətdə aşkar edilib.
Skelet kişi cinsinə məxsus olub.
Hazırda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu