Prezident bu ölkələrdəki səfirlərimizlə bağlı sərəncam imzaladı

# 15:54
18 oktyabr 2022

Anar Laçın oğlu İmanov Azərbaycanın Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov da Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Prezidentin digər Sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycanın Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Şövqi Kamal oğlu Mehdizadə isə Azərbaycanın Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Dövlət başçısının başqa bir sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycanın Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqalda, Malidə, Portuqaliyada, Tunisdə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

Prezident Nazim Adil oğlu Səmədovun Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı da sərəncam imzalayıb.

 

Rəşad Fəxrəddin oğlu Aslanov isə Azərbaycanın İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Bundan başqa, Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər Sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov ölkəmizin Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Həmçinin Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə isə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR