Prezident Gürcüstanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulandı.
Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlandı, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu.
Dövlətimizin başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu