Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarını təltif edib - APA TV
15:26
12 noyabr 2022
Prezident İlham Əliyev “Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.
APA TV xəbər verir ki, sərəncama əsasən, Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə Osmanov Əlixan Qədir oğlu, Tağıyev Səbuhi Qiyas oğlu və Tağıyev Şəbəl Əbtalıb oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər. Əkbərov Faiq Qabil oğlu, Əmrahov Sadıq Qərib oğlu, Əsgərov Hidayət Allahverdi oğlu, İbrahimov Samir Qayıb oğlu, Qasımov Rüfət İlham oğlu, Məmmədov Elçin Adil oğlu, Məmmədov Emin Şamil oğlu, Seyidov Ruslan Məmmədrəsul oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
DİGƏR XƏBƏRLƏR
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
22:02
2 iyul 2024
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
19:31
1 iyul 2024
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
09:25
1 iyul 2024
Gəncədə ağır yol qəzası baş verib
09:24
1 iyul 2024