Prezident Romada naməlum əsgər abidəsini ziyarət edib
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.
APA Tv müxbiri xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı