Prezident və Birinci vitse-prezident Teymur Rəcəbovu təbrik ediblər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu möhtəşəm qələbə münasibətilə təbrik ediblər.
APA TV xəbər verir ki, təbrikdə deyilir:
"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.
Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.
Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU