Prezident və birinci xanım atletika üzrə dünya çempionatının finalını izləyiblər – APA TV

# 05:23
21 avqust 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva atletika üzrə dünya çempionatının finalını izləyiblər – APA TV Macarıstanın paytaxtı Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə finalı izləyiblər. Türkiyə, Serbiya, Özbəkistan, Türkmənistan və Qırğız Respublikasının Prezidentləri, həmçinin digər dövlətlərin rəsmi şəxsləri də yarışa baxıblar. Macarıstanın ev sahibliyi etdiyi atletika üzrə dünya çempionatı ilk dəfədir Budapeştdə keçirilir. Avqustun 27-dək davam edəcək bu mötəbər turnirdə 200-dən çox ölkədən 2000-dən artıq idmançı atletikanın 49 növü üzrə mübarizə aparır. Azərbaycanı dünya çempionatında iki idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR