Prezidentin dəvət etdiyi məktəblilər Qarabağda nə gördü?

# 15:54
15 aprel 2022

Türkiyənin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Qarabağa səfər edib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, onlar Azərbaycanın bir sıra yerlərində, o cümlədən Füzuli və Şuşada olublar.

 

Şagirdlərin müəllimi bildirib ki, məktəblilər amerikalı bir uşağın Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər: “Sinif olaraq qərara gəliblər ki, məktubu məhz Prezident İlham Əliyevə yazsınlar. Şagirdlər məktublarında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar”.

 

Məktəblilər 4 gün paytaxtda, ötən gecə isə Şuşa şəhərində gecələyiblər. Onların sabah öz ölkələrinə qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR