Prezidentin yüksək vəzifə verdiyi Natiq Şirinov kimdir?
Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsinə (DGK) yeni sədr müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Natiq Şirinov buna qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. O, İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Natiq Şirinova 12 fevral 2021-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
O həmçinin Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsində də çalışıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu