Priqojin niyə qiyam qaldırdı? – Səbəbi açıqlandı
"Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqdan imtina etdi, bundan sonra bu strukturun xüsusi əməliyyat zonasında iştirakına xitam verildiyi barədə ona xəbərdarlıq edilib. APA-nın Moskva müxbiri xəbər verir ki, Bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib. O xatırladıb ki, qiyama cəhddən bir neçə gün əvvəl Müdafiə Nazirliyi döyüş tapşırıqlarını yerinə yetirən bütün birləşmələrin nazirliklə müqavilə imzalamalı olduğunu elan edib. "Hamı bu qərarı icra etməyə başladı, Cənab Priqojindən başqa hamı...", -deyə deputat qeyd edib. Onun sözlərinə görə, sonra Priqojinə məlumat verilib ki, bu halda “Vaqner” xüsusi hərbi əməliyyatda iştirak etməyəcək, yəni, heç bir maliyyə və ya maddi vəsait ayrılmayacaq. "Bütün bunlardan sonra aşağıdakılar baş verdi: birincisi pul, ikincisi axmaq və hədsiz ambisiyalar, üçüncüsü həyəcanlı vəziyyət. Bütün bunlar birlikdə vətənə xəyanət cəhdi və yoldaşlarının aldadılması ilə nəticələndi", - deyə Kartapolov qiyamın səbəblərdən danışarkən vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib