Prokurorluq: Ermənilərin hücumları nəticəsində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb
Sentyabrın 27-dən oktyabrın 11-dək olan müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.
Baş Prokurorluqdan APA TV-ya verilən xəbərə görə, bu müddət ərzində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb.
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1 165, çoxmənzilli yaşayış binalarının sayı 57, mülki obyektlərin sayı isə 146 olub.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?