Putin Azərbaycanla Ermənistana çağırış etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana çağırış edib.
APA TV xəbər verir ki, Putin Rusiya ilə yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyətin onları ciddi şəkildə narahat etdiyini vurğulayıb.
“Biz tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına riayət etməyə çağırırıq”, - deyə Putin qeyd edib.
Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həlli Rusiya tərəfinin konsultativ köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya çərçivəsində peşəkar birgə fəaliyyətdədir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu