Putinin köməkçisi MDB-də rəngli inqilabların olacağını deyir
“Belarus və Qazaxıstanda rəngli inqilablar gözlənilir”.
Bunu Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Sergey İvanov deyib. Onun sözlərinə görə, rəngli inqilabların müəllifi olan ABŞ hər il müxtəlif ölkələrdə inqilablar keçirir və növbəti inqilablar postsovet ölkələrində gözlənilir: “Məncə, bir il keçməyəcək ki, ABŞ Latın Amerikasında, Afrikada, Avrasiyada, fərqi yoxdur, hansısa bir ölkədə "rəngli inqilab" təşkil edəcək. İndi Amerika Rusiyaya yaxın dövlətlər olan Qazaxıstan və Belarusa yaxınlaşır.”
O, ABŞ-ın Qazaxıstan və Belarusa təsiri ilə bağlı vəziyyətin digər təfərrüatlarını açıqlamayıb və əlavə edib ki, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün ABŞ-la sıx iş birliyindədir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu