Qadın özünü atasının və bacısının ölümünə səbəb olan kanala atdı

# 18:23
4 yanvar 2022

Xaçmazda qadının özünü Samur-Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.

APA TV xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.

Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Hazırda axtarışlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR