Minik maşını aptekə belə çırpıldı - HADİSƏ ANI
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində baş verib. Belə ki, 26 yaşlı gəncin idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq sözügedən ərazidə yerləşən aptekə çırpılıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisənin görüntüləri aptekdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi