Qadın quldurluq etdiyinə görə tutuldu

# 14:16
12 yanvar 2022

Suraxanı rayonu Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.

 

Keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini bildirib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.

 

Faktla araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR