Qanunsuz obyektlər belə söküldü
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin görülməsi davam etdirilir.Bu cür tədbirlərin davamı olaraq, Xəzər rayonunun Buzovna, Binə və Şağan qəsəbələri ərazisində yerləşən bir neçə qeyri-yaşayış obyekti sökülüb. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə yoxlamaları nəticəsində obyektlərin icazəsiz tikildiyi, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab vermədiyi, layihədən kənar inşa olunduğu, həmçinin yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan insanların həyat və sağlamlığına potensial təhlükə yaratdığı müəyyən edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsləhətçisi Adil Bayramov jurnalistlərə açıqlamasında obyektlərin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib.Qurum rəsmisi bildirib ki, qanunsuz inşa edilmiş qeyri-yaşayış sahələrinin sökülməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müraciət edilib, araşdırma zamanı obyektin tikintisi üçün icazə sənədi olmadığı məlum olub.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edir, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Pozuntular aşkarlanmış obyektlərlə bağlı isə qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək