Qanunsuz parklanma yeri təşkil edənlər cərimələnəcək
Dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir.
APA TV-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib