Qanunsuz tikintinin qarşısı alındı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Salyanda qanunsuz tikintinin qarşısı alınıb.
FHN-dən APA-ya verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Salyan rayonu, Pambıqkənd kəndində vətəndaş Ağayeva Sevda Əlövsət qızı tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu