Qar bu rayon yollarında hərəkəti iflic etdi

# 17:58
17 mart 2022

Respublikanın bir sıra rayonlarında yağan qar avtomobil yollarında çətinliklər yaradıb.

 

APA TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) açıqladığı məlumatda bildirilib.

 

Məlumata görə, Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın və yolların buz bağlaması səbəbi ilə maşınlar yolda qalıb. Qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR