“Qarabağ” Norveç səfərindən xalla döndü – APA TV
UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. “Qarabağ” Norveçdə "Molde" ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən matçda qapılara 4 top vurulub. 11-ci dəqiqədə Juninyo qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb. "Aker" stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.
İkinci yarıya daha yaxşı başlayan norveçlilər 82-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Rəqibin heyətində Kristian Eriksen fərqlənib. Eriksen 87-ci dəqiqədə dubla imza ataraq komandasını hesabda önə çıxarıb 2-1. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə qoyub.
Bu nəticədən sonra, "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq ikinci pillədəki mövqeyini qoruyub.
Eyni xala malik "Molde" isə üçüncü pillədə qərarlaşıb. Qrupun digər matçında isə "Bayer" "Hekken"dən güclü olub. Almanlar isveçləri 2-0 hesabı ilə məğlub edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib