“Qarabağ” seriyanı və liderliyi davam etdirə biləcəkmi?

# 13:59
21 oktyabr 2021

Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

APA TV xəbər verir ki,  saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxacaq.

İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edəcək. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən “Qarabağ” Qazaxıstan klubu önündə həm bu seriyanı, həm də liderliyini davam etdirmək niyyətindədir.

Qrupun ilk turunda “Bazel”i (0:0) Bakı Olimpiya Stadionunda qəbul edən təmsilçimiz, “Kayrat”la Tofiq Bəhramov adına Respublika Stadionunda münasibətlərinə aydınlıq gətirəcək.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

“Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

Oyunun baş hakimi Ukraynalı Yevgeni Aranovskidir.

Qeyd edək ki, oyun saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda  baş tutacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR