“Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. APA TV xəbər verir ki, oyun Plzendəki “Duşan Arena”da baş tutacaq. Qeyd edək ki, bu gün keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi