Qarabağla bağlı beynəlxalq sərgi açılacaq

# 15:48
19 oktyabr 2021

20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi keçiriləcək.

 

APA TV xəbər verir ki, bu sərgi ilə yanaşı eyni tarixlərdə 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" "Aquatherm Baku 2021" sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başlayır.

 

Üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.

 

Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh" sərgisində iştirak edir.

 

Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR