Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub

# 13:12
26 may 2023

 Qaxda ağır yol qəzası baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.Belə ki, Faiq Məmmədovun idarə etdiyi avtomobillə 28 yaşlı, rayon Ağçay kənd sakini Mahmud Bayramlının sükanı arxasında olduğu digər avtomobil toqquşub. Nəticədə Faiq Məmmədov, Mahmud Bayramlı və onun həyat yoldaşı Turanə Mahmudlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Xəstəxanasına yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq 28 yaşlı Mahmud Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Faiq Məmmədov polis nəfəridir.

Faktla bağlı araşdırma aparılır.
 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu.  APA.  TV.  Qax

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR