Qaxda partlayış zamanı xəsarət alan qadın dünyasını dəyişdi
Ötən gün Qaxda yaşayış evində baş verən partlayışda xəsarət alan qadın dünyasını dəyişib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Qıpçaq kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül Osmanova Respublika Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Narıngül Osmanova ötən gün yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış baş verib. Nəticədə Narıngül Osmanova və əri, 1937-ci il təvəllüdlü Hacı Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi