Qazi və veteranlar Xaçmaza göndərildi
26 iyun – Silahlı Qüvvələr günü münasibətilə 44 günlük Vətən müharibəsində iştirak etmiş və Bakı şəhərindən olan 44 nəfər qazi və veteranın Xaçmaz rayonunun Nabran kəndində istirahətləri təşkil edilib.
22-27 iyun tarixlərini əhatə edəcək səfər Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilir və qazilər artıq Bakıdan Xaçmaza yola salınıb:
Vətən müharibəsi qaziləri və veteranların günlük istirahətlərinin səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunlar da təşkil olunacaq:
Qeyd edək ki, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə səfərdə iştirak edən qazi və veteranlar Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə də mükafatlandırılacaq.
AYTƏN SAKİTQIZI,
ZİYA ALLAHYAROV,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu