Qazilərdən qınaq: “O formanı geyinib adımıza ləkə salanlar var”

# 18:50
8 aprel 2024

Bəli, Tanrıbəy dayı həqiqətən də müharibə veteranı idi. İndi ola bilsin az çox nəyisə şişirdə bilərdi. Amma daha özünü cəmiyyətə yalandan veteran kimi, qazi kimi təqdim etmirdi. Bu vətəndaş Sumqayıtda hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olaraq özünü qazi kimi təqdim edib, ona maddi köməklik edilməsini tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədovdur. Hətta insanları qazi olduğuna inandırmaq üçün bir gözünü itirdiyi görüntüsünü də yaradıb. Bundan başqa “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. Daha sonra Nəzər Məmmədovun 44 günlük Vətən müharibəsi iştirakçısı olmadığı müəyyən edilib və o saxlanılıb. Amma cəmiyyətimizdə hələ də müəyyən olunmayan bu qəbildən insanların mövcudluğu şübhə doğurmur. Bu da həqiqətən Vətən müharibəsində iştirak edən, canı, qanı bahasına, torpaqlarımızı işğalçılardan xilas edərək sağlamlığını təhlükəyə atan qazilərimizin haqlı narazılığına səbəb olub.10 ilə yaxın müddətdə Xüsusi Təyinatlı olaraq kəşfiyyat bölmələrində Xüsusi təyinatlı əməliyyat taborunda xidmət edən və 2020-ci ilə Vətən mühribəsində qəhrəmanlıqla iştirak edən qaqzimiz Xankişi Yusubov deyir ki, canlarından keçməyi gözə alan qazilərimizin adından istifadə onların heysiyyatına toxunur Qazi Vətən Cəfərli də bildirdi ki, bu kimi hallar qazilərin adına ləkədir. Vətən müharibəsi iştirakçısı, qazi Gündüz Musayev də insanları belə saxtakarlara, dələduzlara inanmamağa çaığrdı. Əslində bu həm də vicdan məsələsidir. Amma olmayan vicdandan da danışmaq özü elə baş ağrısıdır. Qazi olmaynalrın özlərini buna inandırması isə şizofreniyanın ən pik həddidir bəlkə də. Bu da tamahkarlıqdan doğan addımdır. Cəmiyyətin bu qəbildən olan kəslərə etibarından sui- istifadə etmək də ayıb, sonradan üzr istəmək də ayrı ayıb.Təbii ki, vicdanı olmayanlara ayıbın nə olduğunu izah etmək də vaxt itkisidir. AYTƏN SAKİTQIZI HƏZRƏT BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR