Qəbələ sakinini Ucarda ilan sancdı
Qəbələ rayon sakinini Ucarda ilan sancıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Rafəddin Mustaqovu Ucar rayonunun Yuxarı Şilyan kəndində ilan vurub.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən vəziyyəti ağır qiymətləndirilən Rafəddin Mustaqov müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilib.
Məlumata görə, kənddə çoban kimi çalışan Rafəddin Mustaqovu gürzə ilanı dodaq nahiyəsindən dişləyib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib