Qəbələdə avtomobil qadını vuraraq öldürdü
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Qəbələ şəhərindəki bazarın qarşısında qeydə alınıb. Rayon sakini Əliyəddin Zeynallı idarə etdiyi "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən Telli Eyvazovanı vurub. Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Şahnəzər Bəşirov, APA TV, Qəbələ
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı