Qəbələdə benzin maşını körpüdən aşıb
Qəbələdə ağır tonnajlı benzin maşını körpüdən aşıb.
Hadisə nəticəsində Naxçıvan Muxtar respublikası Şahbuz rayon sakini 1960-cı il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional idarəsinin əməkdaşları və polis əməkdaşları hadisə yerindədir. Hadisənin sürücünün qəfil ürək tutmasından dünyasını dəyişməsi nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə zamanı iki sərnişin avtomobilinə ciddi ziyan dəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi